63 gündür reanimasiyada olan Mehmet Ali Erbil artıq oyanıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aparıcının vəziyyəti hazırda yaxşıdır. Evinin hamam otağında yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilən Erbilin həyati təhlükəsinin olmadığı deyilir. Bu barədə onun bacısı Yeşim Erbil məlumat verib:“3-4 gündür nəfət aparatından ayrılıb. 63 gün oldu. Yavaş-yavaş düzələcək. Bu günləri görmək bizi sevindirdi. İndi danışa da bilir. Ürəyi mantı, küftə və pizza istəyir”.