Amerikalı astronomlar Günəş sistemində yeni cırtdan planetin kəşf olunduğu rəsmi şəkildə elan edib. Kosmik obyekt bu vaxta qədər kəşf olunmuş Günəşdən ən uzaq məsafədə olan planet sayılır.
Qadin.Net oxu.az-a istinadən bildirir ki, bu haqda "NewScientist" portalı məlumat yayıb.
Şərti olaraq "2018VG18" olaraq qeydə alınmış cırtdan planetə "Farout" (ing. əlçatmaz, çox uzaq) adı verilib və Günəşdən təxminən 18 milyard kilometr məsafdə yerləşir. Bu məsafə Plutonla Günəş arasında olan məsafədən 3,5 dəfə böyükdür.
Kosmik obyekti Havay adasına quraşdırılmış "Subaru" teleskopunun köməyi ilə Karneqi İnstitutunun astronomu Skott Şeppard kəşf edib.
Yeni planet haqqında praktiki olaraq heç bir şey məlum deyil. İlkin hesablamalara görə, obyektin diametri 500 kilometrə yaxındır. Həmçinin obyektin xarici görünüşündə çəhrayı çalar üstünlük təşkil edir ki, bu da planetdə buz səthinin olduğunu deməyə əsas verir.