Qadin.NET / Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO

Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO

Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO


İndoneziyada yaşayan və bir zamanlar dünyanın ən kök uşağı adını alan Arya Premana son görünüşü ilə hamını heyran edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 12 yaşlı Arya mədə kiçiltmə əməliyyatı ilə 100 kiloqram arıqlayıb.200 kiloqramdan 100 kiloqrama düşən və arıqlamağa davam edən Premana indi özünü yaxşı hiss etdiyini və digər uşaqlar kimi həyat tərzi sürdüyünü bildirib.Aryanın sözlərinə görə, əgər əvvəllər bir neçə boşqab yeməkdən doymurdusa, indi dieta saxlamaq məcburiyyətindədir.  Əvvəllər 5 dəqiqə ayaqüstə güclə qalan Premana indi bütün günü gəzir. Bu ona həm də bir az da çəki atmağa kömək edir. Ən böyük arzusu futbolçu olmaq olan 12 yaşlı Arya bunun üçün əlindən gələni edəcəyini bildirib.
Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO

Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO

Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO


19 dekabr 2018
GO BACK