Qadin.NET / Demetlə Hande barışdı

Demetlə Hande barışdı

Demetlə Hande barışdı


Türkiyənin iki pop ulduzu- Hande Yenerlə Demet Akalın barışıb. 

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, uzun müddət bundan əvvəl dava edərək məhkəməlik olan sənətçilər küsülülüyə son qoyublar. 

D. Akalın instaqram səhifəsində Hande ilə şəklini paylaşaraq "No negative, yes pozitif " şərhini yazıb. Demet daha sonra " İkinci sayfa" proqramına telefonla bağlanaraq 11 illik qalmaqalın başa çatması barədə danışıb:

"Handenin yanında indi kim varsa, onlar həqiqi dostlarıdır. Çünki o, çox dəyişib, keçmiş neqativliyi yoxdur. Pozitiv biri olub.  Bizim haqqımızda verdiyi açıqlama çox xoşuma gəldi. Mənə bu şəkli paylaşmaq istədim. Artıq böyümüşük, övlad sahibiyik, həyat da qısadır".

Qeyd edək ki, H. Yener bir müddət əvvəl həmkarına "Həyatımda neqativlik yox, pozitivlik olmasını istəyirəm" deyərək barışıq əlini uzatmışdı.

19 dekabr 2018
GO BACK