Sinə əməliyyatına 35 min dollardan çox pul xərcləyən qadın ölümdən dönüb.
Qadin.Net Milli.Az-a istinadla xəbər verir ki, 2014-cü ildə sinəsinə silikon yerləşdirən qadının qanına infeksiya düşüb.
ABŞ-ın Çikaqo şəhərində yaşayan 34 yaşlı Andrea Kinq 2014-cü ildə sinə böyütmə əməliyyatı etdirib. O, əməliyatdan sonra özünü xeyli pis hiss etməyə başlayıb və 4 il müddətinə xəstəxanaya gedərək müalicə alıb.
İnternetdə sinə əməliyyatının fəsadları ilə bağlı axtarış edən qadın halsızlığının səbəbini tapıb. Belə ki, o, silikonlardan onun qanına infeksiya düşdüyünü bilib.
Andrea avqust ayında silikonlarını çıxartmaq qərarına gəlib. Silikonları çıxartmaq üçün 10 min dollar ödəyən Andrea sinəsinin görünüşündən narazı qalsa da, hazırda sağlamlığı ilə bağlı hər hansı problemi qalmayıb.
"Əvvəllər sinə əməliyyatı ilə bağlı ətraflı məlumatım yox idi. İmplantlar qanı zəhərləyib, bütün bədənimə yayılmışdı. Ömrümün ən çətin illərini yaşayırdım. İmmunitetim o qədər zəifləmişdi ki, tez-tez HIV virusunu müəyyən edən testlərdən keçirdim".
Hazırda treyner kimi fəaliyyət göstərən Andrea sinə əməliyyatı keçirmək istəyən qadınları əməliyyatın fəsadları ilə bağlı xəbədar olmağa çağırıb.