Qadin.NET / Milyaderlər uşaqlarına nə hədiyyə edir?

Milyaderlər uşaqlarına nə hədiyyə edir?

Milyaderlər uşaqlarına nə hədiyyə edir?


2 yaşlı qıza 150 min dollarlıq brilyant boyunbağı hədiyyə olunarmı? Yaxud 4 yaşlı oğlana 450 min dollarlıq evi Yeni İl hədiyyəsi kimi bağışlayarlarmı?! "Yox" deməyə tələsməyin. Çünki bu mümkündür.

Bir şərtlə ki, hədiyyə alanlar multimilyonçu və ya milyarder övladları ola.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Britaniyanın Channel 5 telekanalında nümayiş olunan "Billionaire Babies" sənədli serialında belə zəngin ailələrdəki övladların superlüks yaşamlarından, daha dəqiq olsaq, onların aldıqları hədiyyələrdən bəhs olunur.

Milyarder övladlarının aldıqları hədiyyələr də, təbii ki, çox bahalı olur.

Məsələn, ad günü üçün 150 min dollar xərclənən 1 yaşlı uşaqla yalnız çox nadir mirvari qaşlı, 1 milyon dollar dəyərində üzük hədiyyə alan 3 yaşlı qız "rəqabət" apara bilər.

Və yaxud uşaq bağçasına getmək istəmədiyi üçün atasının malikanəsinin bağında 4 mərtəbəli, 21 otaqlı uşaq bağçası tikdirdiyi 2 yaşlı oğlan təki. Bu "özəl", cəmi 1 uşaq üçün nəzərdə tutulmuş uşaq bağçasında 12 tərbiyəçi, 3 aşpaz, 5 mühafizəçi və başqa şəxslər - ümumiyyətlə, 37 nəfər çalışır.

Digər milyarder isə 5 yaşlı qızına ad günü hədiyyəsi qismində Kaliforniyada malikanə, üstəlik helikopter hədiyyə edib.

Milyaderlər uşaqlarına nə hədiyyə edir?

Milyaderlər uşaqlarına nə hədiyyə edir?


19 dekabr 2018
GO BACK