"Yeşilçam"ın ulduzu, serial və kino aktrisası Ayşen Gruda xəstəxanalıq olub.
Qadin.Net qafqazinfo-a istinadən xəbər verir ki, 74 yaşlı aktrisa ötən gün özəl klinikalardan birinə aparılıb.
A.Grudanın mədəsində ağrıların artması səbəbi ilə xəstəxanaya müraciət etdiyi məlum olub. Verilən məlumata görə, o, hələ də müalicəsini davam etdirir.