Britaniyada şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton Milad bayramını Meqan Marklla birlikdə keçirməyəcək.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, kral ailəsindən olan mənbə yerli mətbuata bildirib ki, cütlüklər arasında "normal münasibətlərin" qorunub-saxlanılmasına baxmayaraq, onlar indi birlikdə daha az vaxt keçirirlər.
Bundan əvvəl "The Sun" nəşri şahzadə qardaşlar arasında ixtilafların yaşandığından xəbər vermişdi. Xəbərə əsasən, şahzadə Harri qardaşı Uilyamı Meqan Marklla münasibətlərini korlamağa çalışmaqda günahlandırıb.
İddiaya görə, şahzadə Harri vaxtıilə anası şahzadə Diananı qoruya bilmədiyi üçün özünü günahkar hesab edir, ona görə hər vəchlə həyat yoldaşını qorumağa çalışır.