Hande Yener ötən axşam bir məkandan çıxarkən paparassilərin obyektivinə tuş gəlib. Prodüser Polat Yağcı da ifaçının yanında olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, jurnalistlərə lotoreya hədiyyə edən Yener “Mənə 70 milyon mükafat çıxsa, böyük konsert salonu tikdirərdim, dünya ulduzlarını gətirərdim" deyib.
Hande “Demet Akalınla uzlaşdınız?” sualına “Sadəcə biz məhkəmə ilə bağlı bir nəticəyə gəldik. Ondan başqa heç vaxt bir araya gəlmədik. Ən azından aramızdakı neqativ enerji bitdi. Uzaqdan sevmək eşqlərin ən gözəlidir" cavabını verib.
Daha sonra Hande ayağındakı ayaqqabının qiyməti ilə bağlı sualı cavablandırıb. O, "Brend geyinməyi sevmirəm. Daha yaxşı geyimlər də var. Brend alıb bir-iki dəfə geyinirik, nə qədər də pul ödəyirik. Axmaq addımdır. Bu, həm də pis göstəricidir. uğurla və gözəlliklə insanlara örnək olaq. Paltarla gündəm yaratmaq boşdur" deyərək, Demet Akalına söz atıb.