ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp yeni imiclə foto çəkdirib.
Qadin.Net ölkə.Az-a istinadən xəbər verir ki, saçının rəngini dəyişən birinci xanım lağ mövzusuna çevrilib.
Melaniya Tramp telekanallardan birinə müsahibə verib. O, əri Donald Tramp, ailə həyatı və Ağ Evdəki həyatına aid bir çox açıqlamalar verib. Bununla belə, birinci xanımın açıqlamalarından çox, saçının rəngi müzakirə mövzusu olub.
Bəziləri Melaniyanın İvankaya oxşamaq üçün saçını sarı rəngə boyadığını, bəziləri isə Trampı məhkəməyə verən porno ulduz Stormi Denielsdən ilhamlandığını yazıb.
Bəzi sosial şəbəkə istifadəçiləri isə Melaniyanın parik taxdığını və səhvən ərinin saç boyasından istifadə etdiyini yazıb.