Türkiyəli müğənni Berdan Mardini əməliyyat olunub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, buna səbəb sənətçinin səs tellərində kista olmasıdır. İddialara görə, həkim ifaçıya danışma qadağası qoyub.
Müğənni əməliyyatdan öncəki açıqlamasında bu sözləri deyib:
“Allah başqa xəstəlik verməsin. Biz sənətçilərin səs telləri xəzinəmizdir. Dərmanlarla müalicəm 2-3 ay davam edəcək. Yeni ildən sonra səhnə almağa davam edəcəm. danışmaq qadağası çətindir. Amma tez sağalmaq üçün bu vacibdir”.