Məhəmməd Əl-Vakil adlı jurnalist Nüsrət Gökçənin duzsəpmə hərəkətinin qurbanı olub.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Məhəmməd İsa Peyğəmbərin "Sonuncu axşam yeməyi" tablosunu Nüsrətin duzsəpmə hərəkəti ilə fotoşop edib yayımlayıb. Bu səbəbdən isə İordaniyada həbs edilib. Jurnalistin 6 aydan 3 ilə qədər həbsi tələb edilir.
İordaniya mətbuatının xəbərinə görə, jurnalist girovla sərbəst buraxılıb. Amma bu hərəkəti həbslə nəticələnə bilər. Çünki onun barəsində məzhəblərarası münaqişə maddəsi ilə cinayət işi açılıb.