Qadin.NET / Məşhur müğənni vəfat edib-FOTO

Məşhur müğənni vəfat edib-FOTO

Məşhur müğənni vəfat edib-FOTO


Caz və pop janrı üzrə məşhur ifaçı Nansi Uilson (Nancy Wilson) ölüb.

Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, ABŞ-lı müğənni 81 yaşında dünyasını dəyişib.

"Grammy" mükafatı alan müğənni Kaliforniya ştatının "Pioneertown"dakı evində vəfat edib.

Onun ölüm xəbərini meneceri Devra Hall Levy "The Associated Press"ə söyləyib.

Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən müğənninin "Guess Who I Saw Today",  "How Glad I Am" kimi məşhur ifaları olub.



14 dekabr 2018
GO BACK