İtalyan aktrisa və model Anna Falki bu yaxınlarda kinolara da çəkilməyə başlayıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, gözəl model İtaliyanın "Rai Radio 1" radiosunun qonağı olub. Aktrisa müsahibəsində yadplanetli gəmilərlə qarşılaşmasından bəhs edilib. O, bildirib ki, bu hadisə uşaq olduğu dövrdə baş verib:
"10 yaşımdan etibarən iki il UNO gördüm. İlk dəfə valideynlərimlə Milad bayramında Reco-Emiliyada istirahət edirdim. Bu zaman gəmini gördüm".
Aparıcının "Siz yadplanetliləri də gördünüzmü?" sualına aktrisa belə cavab verib:
"Yox, onları görmədim. Bəlkə də bu yadplanetlilərin gəmisi deyildi. Bəlkə də NASA aparatları idi".
"Bu görüşlər barədə nə xatırlayırsınız?" sualına Anna Falki belə cavab verib:
"Mən əsasən onları səmada uçanda görürdüm. İlk dəfə buluda oxşar bir yerdən çıxanda gördüm. Orada bir neçə UNO var idi. Bir il sonra yenə də biz ora istirahətə gedəndə onları gördüm. Bu dəfə UNO evimizin üstündən uçdu".
Sonra isə Anna bir dəfə gecə UNO-nun onların həyətinə endiyindən danışıb:
"Bu, qırmızı işıqları olan disk idi. Enəndə sirena səsinə bənzər səs çıxarırdı. Səs məni və anamı yuxudan oyatdı. Biz bu UNO-nu gördüm. Sonra gəmi evimizin yanındakı sahəyə endi. Biz qorxduq və ora getmədik. Səhər ayılanda sahəyə baş çəkdik və UNO işarələri adlandırılan dairələr gördük".