İngiltərənin kral ailəsi saray və qalalarında işləmək üçün xidmətçi axtarır.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, işə götürüləcək şəxs Londondakı mülklərdə və ya Vindzor qalasında işləyəcək. Onun illik maaşı 16 min funt sterlinq olacaq. Bu şəxsin şahzadə Harri və Meqan Markl ilə də işləmək ehtimal var.
İngilis mətbuatının xəbərinə əsasən, Meqan Markl bir çox köməkçisini qovub və saray işçilərinə əziyyət verir.
"Daily Mirror" qəzetinin xəbərinə görə, ildə 33 gün məzuniyyət haqqı olan xidmətçi həftədə 5 gün işləyəcək. Bundan əlavə, pensiyasının 15 faizi ödəniləcək və yeməyi də saraydan olacaq.
Müraciətlər 1 yanvar tarixinə qədər qəbul ediləcək.