“Bizim hikaye” serialı ilə ekranlarda olan aktrisa Hazal Kaya maraqlı açıqlama verib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktrisa inanclara inandığını və onların bəzilərinə əməl etdiyini bildirib:
O, sirkə ilə evləri təmizlədiyini, özünü və heyvanlarını sirkə ilə çimdirdiyini vurğulayıb. Bununla Hazal evdən pis ab-havanı götürdüyünü, gözdən uzaq olduğunu qeyd edib.
Kaya eyni zamanda adaçayından da tez-tez istifadə etdiyini söyləyib. O, adaçayını dəmləyib, içdiyini dilə gətirib.