“Söz” serialında rol alan aktrisa Deniz Baysalı “Sonart medya” şirkəti məhkəməyə verib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, buna səbəb aktrisanın müqavilə şərtlərini pozması olub. Şirkət Baysaldan təzminat tələb edib və Deniz məhkəməni uduzub.
İddialara görə, aktrisa onlara 112 min 545 lirə təzminat ödəyəcək.
Baş verənlərə isə Denizin TRT-də yayımlanan “Sevda kuşun kanadında” adlı serialı yarımçıq qoyaraq “Rüzgarın kalbi” adlı serialda rol almağa başlaması səbəb olub.
Qeyd edək ki, Baysal "Fazilet hanım ve kızları" serialından sonra daha çox tanınıb.