Qadin.NET / 16 milyon illik bitki aşkar edilib

16 milyon illik bitki aşkar edilib

16 milyon illik bitki aşkar edilib


Rusiya alimləri Arktikada qədim ekzitik bitki növü aşkar ediblər. Rusiyanın neft-qaz coğrafiya və geofizika institutunun alimləri, qütb dairəsinin arxasında qədim bitki izləri tapıblar.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Sardax adasında aparılan axtarışlar zamanı, torpaqda neojen dövründə formalaşmış platan yarpaqları aşkar edilmişdir. Bundan əlavə alimlər söyüd və maqnoliya ağaclarının izlərini də aşkar ediblər.

Tapıntı, milyon il bundan öncə Arktikada bir neçə metr buzların yerində yarpaqlı ağacların olmasını sübut edir. Alimlərin rəyinə əsasən, tapılan bitkilərin yaşı 16 milyon ilə yaxındır. Bundan əlavə, platanın tapılması, milyon illər əvvəl bu yerlərdə buzların əvəzinə, isti iqlimə malik olan tropik sahələrin olmasını sübut olur.

11 dekabr 2018
GO BACK