Aktrisa Vahide Perçin bundan sonra heç bir filmdə rol almayacaq.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktrisa hazırda rol aldığı “Bir zamanlar Çukurova” adlı serialın bir bölümü üçün çəkiliş meydançasında 140 dəqiqə keçirir. Vaxtının çoxunu çəkilişə həsr edən V.Perçinin aktrisalıqdan getmək qərarı da bu səbəbə görədir.Bununla yanaşı o, serialın finalından sonra İstanbulu tərk edəcək. Aktrisa bildirib ki, yalnız tək bölümlük filmlərdə obrazlar canlandıracaq.