Qadin.NET / Vanqadan 2019-cu ilin PROQNOZU

Vanqadan 2019-cu ilin PROQNOZU

Vanqadan 2019-cu ilin PROQNOZU


Dünyanın gələcəyi haqqında proqnozları ilə daima diqqətdə olmuş kahin Vanqanın 2019-cu illə bağlı təxminləri də ortaya çıxıb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bolqar əsilli Vanqanın 2018-ci illə bağlı verdiyi proqnozların əksəriyyəti real həyatda yaşanıb.

Vanqa Yaxın Şərqdə qan töküləcəyi, obrazlı desək, İŞİD-in ortaya çıxacağı, habelə 11 sentyabr terror hücumunun baş verəcəyi, Brexsit mərhələsi kimi dünyaya təsir edəcək hadisələrin baş verməsini öncədən qeyd edib.

1996-cı ildə vəfat edən Vanqanın 2019-cu illə bağlı proqnozları isə dəhşətlidir.

Gözləri görməyən Vanqa 2019-cu ildə meqa sunaminin gözləndiyi və bunun nəticəsində Asiya qitəsinin böyük hissəsinin silinəcəyini bildirib.

2018-ci ildə Rusiyanın (Putinin) böyük güc olacağını proqnoz etmiş Vanqanın ön görmələrinə görə, 2019-cu ildə Putinin yanında işləyən təhlükəsizlik qrupu tərəfindən rus liderə sui-qəsd düzənlənəcək, lakin bu uğursuz olacaq.

Məşhur kahin 2019-cu ildə ABŞ-la bağlı da proqnozlar verib. Onun proqnozlarına görə, 2019-cu ildə Amerika prezidenti gizli bir xəstəlik tapacaq və səhhətində problemlər yaranacaq. Bu xəstəlik səbəbindən ABŞ liderinin eşitmə qabiliyyətində problemlər ortaya çıxacaq.

Vanqaya görə, 2019-cu ildə Avropa qitəsi də ciddi problemlərlə üzləşəcək. Onun təxminlərinə görə, 2019-cu il Avropanın iqtisadi çöküşünün baş verəcəyi ildir.


11 dekabr 2018
GO BACK