Qadin.NET / Alen Delon itlər qəbristanlığında dəfn olunmaq istəyir-SƏBƏB

Alen Delon itlər qəbristanlığında dəfn olunmaq istəyir-SƏBƏB

Alen Delon itlər qəbristanlığında dəfn olunmaq istəyir-SƏBƏB


Dünya şöhrətli aktyor Alen Delon itlər qəbristanlığında dəfn olunmağı vəsiyyət edib.

Artıq neçə ildir ki, filmlərdə rol almayan 82 yaşlı Alen Delon İsveçrədə, öz malikanəsində sakit pensiyaçı həyatı yaşayır. Aktyor fəaliyyətinin 60 illiyi münasibəti ilə "Paris Match" jurnalına verdiyi müsahibədə etiraf edib ki, müasir dünyada gedən proseslər onu məyus edir və o, bu dünyanı təəssüf etmədən tərk edəcək.

"Bu gün hamı saxtadır, hər kəsi yalnız pul maraqlandırır. Heç kim verdiyi vədləri yerinə yetirmir, hər gün yeni cinayətlər haqqında onlarla xəbərlər yazılır. Odur ki, bu dünyanı təəssüf hissi olmadan tərk edəcəyəm", - deyə aktyor bildirib.

Delonun sözlərinə görə, onun ən sadiq dostu ikiyaşlı itidir, o, iti ilə eyni gündə dəfn edilməyi arzuladığını gizlətməyib. Onunla malikanədə səkkiz it, dovşan və bir pəncəsi olmayan pişik yaşayır.

Yeri gəlmişkən, pişiyi heyvanlara böyük məhəbbət bəsləyən aktyor xilas edib. O, ölmək üzrə olan pişiyi baytara aparmaq üçün xüsusi vertolyot çağırtdırıb. Pişiyin pəncəsini xilas etmək mümkün olmayıb, əvəzində həmin pişik indi İsanın qoltuğunda, daha doğrusu Delonun malikanəsində yaşayır. 

Alen Delon itlər qəbristanlığında dəfn olunmaq istəyir-SƏBƏB


11 dekabr 2018
GO BACK