Qadin.NET / 102 yaşlı qadın paraşütlə tullandı - FOTO

102 yaşlı qadın paraşütlə tullandı - FOTO

102 yaşlı qadın paraşütlə tullandı - FOTO


Avstraliya sakini 102 yaşlı İren Рћ'Şia paraşütlə tullanıb. Bununla da o, dünyanın ən yaşlı paraşütlə tullanan qadını rekorduna imza atıb.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, bu barədə dekabrın 10-da "Dailly Mail" nəşri məlumat yayıb. Yerə endikdən sonra o, özünü yaxşı hiss etdiyini bildirib.

Məlumatda qeyd edilir ki, Lenqhorn-Krikdən tullanış İ.Рћ'Şianın sayca üçüncü cəhdidir. İlk dəfə onun 2016-cı ildə, 100 yaşı tamam olarkən 4 min metr yüksəklikdən tullandığı bildirilir.

Qadının sözlərinə görə, onun bu cəsarətli hərəkətinin məqsədi motoneyron xəstəliyinin tədqiqi ilə bağlı vəsaitin toplanmasıdır. Məsələ burasındadır ki, əsəb sisteminin neyronlarını sıradan çıxaran həmin xəstəlik nəticəsində İ.Рћ'Şianın qızı 67 yaşında dünyasını dəyişib.

102 yaşlı qadın paraşütlə tullandı - FOTO

102 yaşlı qadın paraşütlə tullandı - FOTO


11 dekabr 2018
GO BACK