Hər il minlərlə turist və dindar Şivapurdakı məbədi ziyarət edir.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, kiçik şəhər Hindistanın Mumbay şəhərindən 180 km şərqdə yerləşir. Zəvvarlar şəhərə dua eləməyə yox, möcüzəni gözləri ilə görməyə gəlirlər. Burada söhbət Şivapur daşındany, yəni, uçan daşdan, barmaqla toxunanda havaya qalxan daşdan gedir.
Məbəd müsəlman sufi dərvişi Kamar Əli Dərvişin sərdabəsidir. Dərviş 700 il əvvəl dünyasını dəyişib. Sərdabənin həyətində ilk görünüşdən adi, boz, çəkisi 90 kq olan daş var.
Daş kifayət qədər ağırdır və bir insan üçün onu yerdən qaldırmaq çox çətindir. Amma 11 nəfər bu işi asanlıqla, bir barmaqlarını toxundurmaqla edə bilərlər. Bu isə daşın fenomen olduğuna dəlalət edir. Çünki bir neçə onillikdir ki, bütün dünyada insanlar daşın sirrini çözməyə çalışırlar. Ehtimal edilir ki, belə ağır çəkili daşı hətta 11 nəfərin də barmağı havaya qaldıra bilər. Burada söhbət heç bir gözbağlamadan getmir.
Daşla bağlı sirli fenomen dərvişlə bağlıdır. Kamar Əli inanclı ailədə dünyaya gəlib. Onun ailə üzvləri fiziki gücə sahib olublar. Amma Kamar Əli uşaqlıqdan digərlərindən fərqlənirdi, onun fiziki yox, mənəvi gücü var idi. 6 yaşı olanda sufi pirinin yanında mürşid kimi başladı. O, günlərini meditasiya və dua oxumaqla keçirib. Eyni zamanda bir çox insan onun yanına gəlib şəfa tapırdı. Amma digər uşaqlar fiziki cəhətdən zəif olduğu üçün Kamar Əliyə gülür, lağ edirdilər.
Dərviş çox yaşamadı, ölümündən bir az əvvəl isə vəsiyyət etdi:
"Qəbrimin yanına ağır daş qoyun. Bu daşı 11 nəfər insan şəhadət barmağı ilə, mənim adımı çəkərək qaldıra bilərlər. Əgər onlar barmaqlarını daşa tuşlayıb, adımı çəksələr, daşı başlarından da hündürə qaldıra biləcəklər. Əks halda heç kəs daşı qurşağından yuxarı qaldıra bilməz".
Artıq 700 ildir ki, daş bu üsulla qaldırılır. Qadınlara bunu etmək qadağandır.
Bir çox skeptik bildirri ki, bu fizika qanunudur. Daşı 11 barmaqla qaldırmaq olar. Amma onlarla razılaşmayanlar, bunun bir sirr olduğunu deyənlər də var.
Bununla belə, hər il Şivapura toplaşanların, öz gözləri ilə fenomeni görmək istəyənlərin sayı artır...