Qadin.NET / 1 saata 150 manat qazanan qadının peşəsi heyrətləndirir-FOTO

1 saata 150 manat qazanan qadının peşəsi heyrətləndirir-FOTO

1 saata 150 manat qazanan qadının peşəsi heyrətləndirir-FOTO


Bəzi insanlar pul qazanmaq üçün saatlarla kompüterin qarşısında əyləşir, bəziləri ağır yük qaldırır, bəzisi sənətlə məşğul olur, bəziləri əxlaqsızlıqla...

Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, İngiltərənin paytaxtı Londonda yaşayan Petra Sajban isə adam qucaqlamaqla pul qazanır.

35 yaşlı qadın özünü professional "qucaqlayıcı" hesab edir və bildirir ki, "iş" üçün müştərilərin evinə və ya otellərə gedir.

The Sun-a açıqlama verən Petra 2015-ci ildən bu işlə məşğul olduğunu açıqlayıb.

"3 il bundan əvvəl baxıcı işləyirdim. Bir tərəfi iflic olan xəstə qadına baxırdım. O, bir dəfə məndən onu qucaqlamağımı istədi".

Həmin hadisədən sonra bu sahə üzrə özünü təkmilləşdirən Petra hazırda 1 saatda 70 fund-sterlinq (təxminən 152 manat) qazanır.

Onun kadler (cuddler ing. - qucaqlayıcı) kimi ilk müştərisi 30 yaşlı kişi olub.

Məlumat üçün bildirək ki, qucaqlaşan zaman bədəndə oksitosin adlanan xoşbəxtlik hormonları ifraz olunur.

1 saata 150 manat qazanan qadının peşəsi heyrətləndirir-FOTO

1 saata 150 manat qazanan qadının peşəsi heyrətləndirir-FOTO


10 dekabr 2018
GO BACK