Fiziki görünüşünə görə məşhurlaşan kenquru ölüb.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, o, 2015-ci ildə iri bayseps əzələləri, damarlı qolları və 2 metr boyu ilə gündəm olmuşdu.
Avstraliyadakı "Alice Springs"də, saxlanılan kenquru 12 yaşında ölüb.
89 kiloqram çəkisi olan kenquru bazar günü dünyasını dəyişib.
Onun sahibi Kris Barn bildirib ki, son illərində onun sağlamlığı, xüsusən də damarları ilə bağlı problemləri var idi. Kenqurunun ölüm xəbərini yayan Barnın dediyinə görə, dünyanın müxtəlif ölkələrindən ona başsağlığı verilib.
O, qəzada ölən anasının kisəsindən çıxardılaraq xilas edilmişdi.
Qeyd edək ki, kenqurular təxminən 14 il yaşayır.