Macarıstanda ənənəvi "Santa Run" xeyriyyə tədbiri keçirilib.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, yüzlərlə sakin soyuq havada alt paltarında Budapeşt küçələrinə yığışaraq festivalda iştirak ediblər.
Başlarına santa-klaus papağı qoyan yerli sakinlər xeyriyyə məqsədi ilə soyunaraq küçələrə axışıblar.
İştirakçıların bəziləri rəqs edib, qaçıb-oynayıb, deyib-gülüb, bəziləri isə, sadəcə, pul verməklə kifayətləniblər.
Onlar aid olduqları xeyriyyə qurumlarının adlarını mürəkkəblə qarınlarına yazıblar.
Hətta tədbirə ev heyvanlarını da gətirənlər olub.
Yarışda iştirak edənlər 10 km məsafə qət ediblər.