"Ögey ana" filminin 60 illiyi ilə əlaqədar olaraq filmin çəkildiyi İsmayıllı rayonunun Qalacıq-İstisu kəndi ərazisində abidə qoyulub. Ən maraqlısı isə budur ki, bu təşşəbbüs İncəsənət Universitetinin tələbələrinə məxsusdur.
Büstün quraşdırılması filmin çəkilişində iştirak edən yaşlı kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.
Abidənin üzərində 2 əl forması biri İsmayılın, ikincisi isə ananın əlini təmsil edir.