Qadin.NET / "Kadın" serialına görə telekanal cəza ödəyəcək

"Kadın" serialına görə telekanal cəza ödəyəcək

"Kadın" serialına görə telekanal cəza ödəyəcək


Türkiyənin məşhur "Kadın" serialı "Fox TV"nin başına bəla olub. 
Qadin.Net axşam.az-a  istinadən xəbər verir ki, Türkiyə Radio və Televiziya Şurası (RTÜK) ekran işində mənəvi dəyərlərə zidd olan kadrların yayımlandığını bildirib. 

"Kadın"da baldız obrazını canlandıran Seray Kayanın köməyə ehtiyacı olan bacısına - Özge Özpirinçiyə ehtiyacı olan iliyi verməyə görə kürəkəni ilə əxlaqsız fotolar çəkdirməsi, onları şantaj üçün istifadə etməsi tənqid olunub.

Serialda bu və ya digər səhnələrdə yanlışlıq olduğunu bildirən şura onun millətin adət-ənənəsinə və psixoloji durumuna mənfi təsir etdiyini vurğulayıb. Bunların ailə dəyərlərinə zidd olduğu deyilib. Buna görə də telekanala pul cəzası verilib.
8 dekabr 2018
GO BACK