Qadin.Net Sputnik-ə istinadən xəbər verir ki, aktyor Kevin Hart 8 il əvvəl yazdığı tvitlərlə bağlı yaranan qalmaqalla bağlı "Oscar" mərasimini aparmaqdan imtina edib. Bu barədə aktyorun özü "Twitter"-də məlumat verib.
"Mən bu il "Oscar" mərasimini aparmaqdan imtina etdim... Çünki mən bu gecə heç kəsin diqqətini yayındırmaq istəmirəm", - aktyor yazıb.
O, həmçinin LGBT birliyindən üzr istəyib və ABŞ Kino Akademiyasına təşəkkür edib.
Qeyd edək ki, daha əvvəl Hart 2009-cu ildə etdiyi homofob postlarından imtina edib.