Ötən gün “2-ci sayfa” adlı proqramda aktrisa Merve Sevi və Çalkan Algünün boşanması haqda məlumatı verilib.
Qadin.Net axşam.az-a istinadən xəbərinə görə, yayılan iddiaların doğru olduğu ortaya çıxıb. Aktrisa boşandıqdan bir neçə saat sonra açıqlama verib:
“Çox mesaj yazmısız. Xoş arzularınıza görə minnətdaram. Hamınız necə olduğumu soruşmusuz. Necəyəm bilirsiz? Ağır xəstəliyə tutulub, amma sağalmış kimiyəm. Sanki həkim yenidən sağlam yaşayacağım haqda xəbər verib”.
Qeyd edək ki, cütlük 2 ilə yaxındır evli idi.