Britaniyada mənzil probleminin həlli üçün alternativ qismində yeni variant təklif olunur.
"İlke Homes" şirkəti cəmi 36 saata yığılıb quraşdırıla bilən, qiyməti 65 min funt-sterlinq olan karkas modullu 3 otaqlı ev satır.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, şirkətin İngiltərənin Yorkşir qraflığındakı Knaresboro şəhərində gündə 8 belə ev istehsal edə bilən zavodu var.
"İlke Homes"in karkas-modul tipli evi adi evlərlə müqayisədə istiyə və enerjiyə 20 faiz qənaət edir.
Zavodda yığılmış modul ev sifariş veriləndən sonra müştəriyə çatdırılır, çox qısa müddətdə yığılır.
Şirkət 2020-ci ilədək 300 min belə ev istehsal etmək niyyətindədir.