Türkiyənin tanınmış sənətçisi Ajda Pekkan yeni il konsertinə xüsusi olaraq tikdirdiyi 300 min TL dəyərində paltarla səhnəyə çıxacaq.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 72 yaşlı ulduz Yeni İli Kiprdə qarşılayacaq. O, bayram konserti üçün məşhur fransız dizaynerə 2 səhnə kostyumu sifariş verib. Ajda Pekkan ayaqqabı və aksessuarlar da daxil olmaqla dəstlərinə ümumilikdə 300 min TL xərcləyəcək. Onun 3 saata yaxın davam edən konsertindən 800 min TL pul qazanacağı da iddia edilir.