Qadin.NET / 28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO

28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO

28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO


17 yaşında həbs olunaraq 28 il müddətinə cəza alan məhkum hazırda ABŞ-ın ən məşhur vəkillərindəndir.

Qadin.Net Carret Adamsın maraqlı həyat yolunu təqdim edir.

Carret Adams həbs ediləndə 17 yaşı vardı. Özündən başqa heç kimi yox idi. Universitetə daxil olan gənc heç kimi tanımırdı.

Bir dəfə tələbələrin məclisinə qatılır və bir gənc qızın zorlanması ittihamı ilə həbs olunur. İttihamı qəbul etməsə də, vəkil tutmağa pul tapmır. Bu səbəbdən hakim onun 28 il müddətinə həbs edilməsi haqda hökm oxuyur.

Həbsxanada tanış olduğu bir dostu Adamsa hüquq kitabları verərək deyir: “Özün özünü müdafiə etməlisən”.

17 yaşlı gənc həbsxanada boş vaxtlarını hüquq kitabları oxumaqla keçirir, eyni zamanda günahsız yerə həbs olunan məhkumlarla yaxından maraqlanan Leit Findleylə əlaqə yarada bilir.

Beləcə Carret Adamsla bağlı yeni məhkəmə prosesi başlanır və o, prosesdə günahsız olduğunu sübuta yetirə bilir.

Adamsın həyat hekayəsi bununla bitmir. Həbsdə olduğu dövrdə çoxlu hüquq ədəbiyyatı oxuduğu üçün asanlıqla hüquq fakültəsinə daxil ola bilir. Daha sonra ABŞ-da vəkillik etməyə başlayır.

Vəkil kimi ilk məhkəmə prosesində müdafiə etdiyi məhkumun günahsız olduğunu sübuta yetirərək onun azadlığa buraxılmasına nail olur.

Hazırda Carret Adamsla Nyu-Yorkun tanınmış vəkillərindən biri kimi şöhrət sahibidir.

28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO

28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO

28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO

28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO

5 dekabr 2018
GO BACK