Türkiyənin məşhur cütlüyü- aktrisa Neslihan Atagül və aktyor Kadir Doğulunun ayrılması barədə məlumat yayılıb.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, Kadirlə Neslihanın uzun zamandır ki, bir arada görüntülənməməsi ayrılıq iddialarını daha da gücləndirib.
Neslihan şayiələrlə bağlı sussa da, Doğulu ötən gün qatıldığı təbirdə mövzu barədə açıqlama verib: "Hamı istədiyi kimi yaşayır. Media ilə qarşılaşmaq kimi bir problemimiz yoxdur. Sadəcə olaraq, ikimiz kamera qarşısında danışırq, ekranlarda isə fərqli şəkildə təqdim edirlər. Bizim bundan xoşumuz gəlmir. KİV-dən uzaqlaşmaqla özümüzü bir növ qoruyuruq. Əslində bir arada bayıra çox çıxırıq, sadəcə olaraq sizinlə qarşılaşmırıq. Digər mövzular isə şayiələrdir"