Britaniyada çağdaş incəsənət sahəsində ən nüfuzlu mükafat sayılan "Turner Prize" bu il iPhone smartfonu ilə çəkilmiş filmə verilib.
Qadin.Net Milli.Az bildirir ki, 2018-ci il üçün mükafatın laueratı Şotlandiyanın Qlazqo şəhərinin sakini, rəssam Şarlott Procerdir. Onun "Bridgit" adlı qısametrajlı filmi qalib sayılıb.
32 dəqiqə davam edən "Bridgit" filmi xanım Procerin evdə və səyahətlər zamanı çəkdiyi görüntülərdən ibarətdir.
Özünü "Kvir" adlandıran rəssam bu əsərində gender bərabərliyi və seksuallıq mövzularını araşdırıb.
"Tənhalıqda çox vaxt keçirməyim və telefonu davamım kimi hesab etməyimdən görüntüləri iPhone ilə çəkdim", - Şarlott Procer deyib.
19-cu əsrdə yaşamış ingilis rəssam Uilyam Törenir şərəfinə adlandırılmış "Turner Prize" 1984-cü ildə təsis olunub. Qalibə 25 min funt-sterlinq məbləğində pul mükafatı verilir.