Aristokratların qəssabı Nüsrət Gökcə doğulduğu Ərzuruma gedib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, anasının adına tikdirdiyi məscid və külliyəni ziyarət edən Nüsrət böyük maraqla qarşılanıb.
Külliyədən və məsciddən istifadə edən uşaqlarla söhbət edən Nüsrət onların istəklərini yazaraq reallaşdıracağına söz verib.
Uşaqlar rahat dərs oxuya bildikləri üçün Nüsrət Gökçəyə təşəkkürlərini bildiriblər.
Bundan başqa Nüsrət Ərzurumdakı soyuq havaya baxmayaraq ayaqlarını çırmalayaraq çaya girib. Sosia mediada paylaşdığı fotoya "Su əladır. Artıq bu qış xəstələnmərik" yazıb.