İlin əvvəli çox mühüm zamandır. Bu vaxtda qəbul ediləcək qərarlar hadisələrin sonrakı aylardakı inkişaf məcrasını müəyyənləşdirəcək. Fəqət, heç də hamı gərəkli informasiyalara malik deyil. İntusiyaya bel bağlamaq məcburiyyəti yaranır. Halbuki onun xəbərdarlıqları həmişə dürüst olmur.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, məqsədə mümkün qədər tez çatmaq istəyi çoxları üçün problemlər yaradacaq. Hisslərin əsiri olan insanlar hətta həyatlarında ciddi dəyişikliklər edəcəklər. Bu isə onlarda sonrakı peşmançılığa səbəb olacaq.
Narahat, qarışıq, şübhələrlə dolu dövr fevralın sonlarına qədər davam edəcək. Sonra isə ehtiyac duyulan aydınlaşma, müəyyənlik başlayacaq. Adətən hər şeyi sonraya saxlayan insanlar belə, fəaliyyətə başlayacaqlar. İmkan düşən kimi məsuliyyəti başqasının boynuna yıxmayın.
Baharın gəlişi ilə işgüzar fəaliyyət və şəxsi işlər sahələrində çoxsaylı, yeni planlar yaranacaq. İmkanlarınızı real dəyərləndirin, qüvvənizi olduğundan artıq dəyərləndirməyin.
Öhdəliklərlə tapşırıqların çox, vədlərə əməl etmək imkanlarının isə minimal olduğu şərait istisna deyil. Təcürəbəli insanların, habelə başqalarının səhvlərindən nəticə çıxarmağı bacaranların işləri rəvan olacaq.
Baharın sonunu, yayın ilk aylarını məhsuldar keçirmək olar. Prioritetlər dürüst bəlirlənərsə, işlərdə əsl irəliləyişlərə nail olmaq mümkündür. Lakin şəxsi həyatla iş arasında balansı az adam tapa bilir. Yaxın ətrafdakı insanlardan biri və ya bir neçəsi ilə münasibətlər korlana bilər. Qarşılıqlı iradların sayı artacaq.
Payız ayları görülən işlərin nəticələrini təhlil etmək yox, sonrakı işlərin planlaşdırılması üçün əlverişlidir. İşlərlə yanaşı, şəxsi həyatdakı məsələləri də çözmək olar. Bədgümanlıq və bədbinlik yolverilməzdir. Önəmli qərarlar zamanıdır.
Daşınmaz əmlakla bağlı qərar vermək olar.