Qadin.NET / Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB

Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB

Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB


Arvadının videolarını əldə edən kişi Avstraliya hökümətindən onun deport edilməsini istəyir.

Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, mərakeşli qadın Sidneydə yaşamaq üçün avstraliyalı oğlanla ailə qurub.

Asmae adlı qadın sosial şəbəkədə tanış olduğu Faisal adlı oğlana özünü ona aşiqmiş kimi göstərərək ərə gedib.

Həyat yoldaşının onu sevmədiyini öyrəndikdə Faisal vəkillə və viza məsələləri üzrə ekspertlə məsləhətləşib. Asmae ərinin onlarla yazışdığını gördükdə ərini rüsvay etmək üçün plan qurub.

9 News-dakı "A Current Affair" verilişində başına gələnləri danışan kişi bildirib ki, bir gün evə gələndə evin dağınıq halda olduğunu görüb və bir neçə saat sonra qadına qarşı şiddət iddiası ilə polislər tərəfindən saxlanılıb.

Oğlan özünün günahsız olduğunu sübut edə bilib. Belə ki, o, həyat yoldaşının liftin kamerasına düşən görüntülərini əldə edib. Kadrlarda qadının özünü yumruqlaması əks olunub.

Kişiyə quyu qazdı, özü düşdü. İndi o həyat yoldaşının ölkədən qovulmasını tələb edir.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB

Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB


4 dekabr 2018
GO BACK