Qadin.NET / "Pokemon"a bənzəyən qeyri-adi heyvan tapıldı-FOTO

"Pokemon"a bənzəyən qeyri-adi heyvan tapıldı-FOTO

"Pokemon"a bənzəyən qeyri-adi heyvan tapıldı-FOTO


Avstraliyalı baytarlar ilk baxışda məşhur "Pokemon" cizgi filmi və oyunundakı Pikaçu personajını xatırladan qəribə canlı ilə qarşılaşıblar.

Qadin.Net trend--ə istinadən xəbər verir ki, tülküyə bənzəyən bu possumun rəngi sarı-narıncıdır. Həkimlər onun qeyri-adi rəngini melaninin (rəng verən zülal) aşağı səviyyəsi ilə izah edirlər.

"The Age" nəşri yazır ki, bu possum faktiki olaraq yarıalbinosdur.

Mütəxəssislər "canlı Pikaçu"nun 5 aylıq olduğunu deyirlər. Onlar heyvanı, hələ ki, təbiətə buraxmaq istəmirlər, çünki rəngi yırtıcılar üçün cəlbedici ola bilər.

Deyilənə görə, zooloqlar Avstraliyada belə mutasiyalı possumlarla bir neçə dəfə qarşılaşıblar, lakin onları pokemonların fanatlarından qorumaq üçün yerlərini gizli saxlayırlar.

"Pokemon"a bənzəyən qeyri-adi heyvan tapıldı-FOTO

"Pokemon"a bənzəyən qeyri-adi heyvan tapıldı-FOTO


4 dekabr 2018
GO BACK