"O səs Türkiyə" yarışmasının növbəti buraxılışında maraqlı anlar yaşanıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, səhnəyə Arif Erdoğan adlı iştirakçı çıxıb. Onun səsini Seda Sayan, Hadisə və Bəyazıt Öztürk bəyənib. Lakin onlar iştirakçını öz komandalarına salmaq üçün əllərindən gələni ediblər.
Bu arada Bəyaz Hadisəyə yaxınlaşaraq bir sual verib. O, "İçdən sənə bir şey deyəcəm. Mənimlə sevgili olarsan?" deyə Hadisədən soruşub.
Şoumenin bu sualı həm Hadisə, həm digər jurilər, həm də zalda oturan tamaşaçıları şoka salıb. Hər kəsin təəccübləndiyini görən Öztürk "Zarafat edirəm. Arifi öz komandama almaq üçün dedim" sözlərini qeyd edib.
Hadisə isə "Nə sual olur-olsun, mən böyüklərə hörmətlə yanaşıram" deyə Bəyaza cavab verib.