Orta məktəbi qızıl medalla bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarından azad olunacaqlar.
Qadin.Net modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisdə hazırlanan yeni "Ümumi təhsil haqqında" qanun layihəsində qeyd edilib.
Belə ki, qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.