"Adını Feriha koydum" serialı ilə türk televiziya tarixinə damğa vuran aktyor Çağatay Ulusoy və Hazal Kaya yenidən eyni layihədə bir araya gələcək.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ikili "Netflix" şirkətinin çəkəcəyi filmdə rol alacaq.
Məlumata görə, ekran işində məşhur Hollivud ulduzu Antoni Hopkins də oynayacaq.
Qeyd edək ki, "Adını Feriha koydum" 2011-ci ildə yayımlanıb.