Oktyabr ayında dünyanın ən məşhur cütlüklərindən olan Britaniya şahzadəsi Harri və Meqan valideyn olacaqlarını açıqladılar. Doğum anı yaxınlaşdıqca isə cütlük barədə şaiyələr səngimir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Meqan hələ övladını dünyaya gətirmədən bir sıra qaydaları pozmaq qərarındadır.
Məsələn o ictimai yerlərdə körpəsini əmizdirməkdən çəkinməyəcəyini deyir. Axı bu ən təbii, ən gözəl analıq halıdır. Niyə özümüzü bu zövqdən məhrum edək? Meqan hətta suda doğumla maraqlanır. Həmçinin Harrinin Uiliyamdan fərqli olaraq övladı ilə çox zaman keçirəcəyinə ümid edir.
Bəli, amerikalı xanım Britaniya kral ailəsini bir sıra qaydalarına baş əymək istəmir. Həmçinin oğlu doğularsa, qaydalara əsasən 7 yaşınadək şort geyinəcəyinə mənasız adət kimi baxır. Sadə xanm övladlarına aristokrat adlar verməyi də düşünmür.