Qadin.NET / Pilotsuz təyyarələr meşələr salacaq

Pilotsuz təyyarələr meşələr salacaq



Yanğınlar nəticəsində məhv olmuş meşələrin bərpa edilməsi problemi dünyanın bir çox regionları üçün aktualdır.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, 2015-ci ildə təsis edilmiş “DroneSeed” şirkəti tərəfindən hazırlanmış texnologiya insanların iştirakı olmadan ağaclar əkməyə imkan verəcək.


Startap tərəfindən hazırlanmış “DroneSeed” pilotsuz kvadrokopteri ərazinin üçölçülü xəritəsini hazırlamağa imkan verəcək lidar, həmçinin torpaq və bitkinin xüsusiyyətlərini təhlil edən multispektral kamera ilə təchiz edilib. Bu məlumatlar əsasında süni intellektlə işləyən alqoritm yeni əkiləcək ağaclar üçün lazımi yeri müəyyənləşdirir.

2 dekabr 2018
GO BACK