Qadin.NET / Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO

Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO

Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO


Elizabet Holms dünyanın ən gənc milyarder qadınlarından biridir. Onu tez-tez Stiv Cobsla müqayisə edirlər. Onları bir-birinə bağlayan keyfiyyətləri çoxdur. Məsələn, hər ikisi uşaqlıqda tək vaxt keçirməyi xoşlayırdı. Hər ikisi ali təhsil atıb, çünki onlar inanırdı ki, həyatda daha vacib işlər var və bunun öhdəsindən təkbaşına gəlmək olar. Holms qara vodolazkalar geyinir, kərəviz və xiyardan hazırlanan şirə içir, ət yemir və az yatır. Onun qarderobunda yüzlərlə qara vodolazka var. O, bu üsulla hər səhər "Bu gün işə nə geyim" sualı ətrafında vaxt itirmir. Yeri gəlmişkən, qara vodolazkalara sevgisinə görə, Elizabeti "Ətəkli Cobs" adlandırırlar. Elizabet də eyni ilə Stiv kimi əmin idi ki, onun şirkəti dünyanı dəyişəcək. Stiv Cobs 40 yaşına yaxın milyarder olub, Holms isə daha erkən yaşlarda buna müvəffəq olub. Keçən il onun "Theranos" layihəsi 9 milyard dəyərində qiymətləndirilib, səhmlərin yarıdan çoxu ona məxsusdur.

Elizabet Holms 2003-cü ildə təsis etdiyi "Theranos" şirkətinə milyardlarla dollar investisiya cəlb edərək qısa zaman ərzində gənc milyarderlər siyahısına düşüb. O, bu uğuru qazanmaq üçün hər kəsi inqilabi qan analizi texnologiyası yaratdığına, qan analizinin köməyilə xəstəlikləri müəyyən edə bildiyinə inandırıb. Stivdən fərqli olaraq, Elizabetin adı fırıldaqçılıqda və dələduzluqda hallanır. Lakin bu, hələlik mübahisəli məsələ olaraq qalır.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, bu yazıda oxucuları "Forbes" və "Fortune" jurnallarının reytinqinə əsasən, planetin ən nüfuzlu milyarderləri siyahısına daxil edilən ən gənc milyarder qadını ilə tanış edir.

Bəs hər kəsi inqilabi qan analizi texnologiyası yaratdığına inandıran bu qadın 4,5 milyard dollarlıq sərvəti necə qazanıb? Gənc qadın necə varlandığını gizlətmir.Yox, burda söhbət nə çoxsaylı sevgililərdən, nə də səxavətli və yaşlı iş adamlarından gedir. O, böyük uğurunu və şöhrətini bir çox həmcinsləri kimi cazibədar bədəninə və yarıçılpaq şəkillərinə arxalanaraq asan yolla qazanmayıb. İntellektual qadın hər şeyi ağlına, iti zəkasına, gücünə və digər üstün bacarıqlarına borcludur.

Uşaqlıq illəri

Elizabet 1984-cü ilin fevralında dünyaya gəlib. 5 yaşında atasına məktubunda "Həqiqətən də bəşəriyyətin hələ tanış olmadığı bir yenilik yaratmaq istəyirəm" deyə yazan Holms hələ onda dünyanı dəyişmək iddialarına qapılmışdı. O, etiraf edir ki, qəribə uşaq olub: "Bir ton kitab oxuyurdum, o cümlədən "Mobi Dik"i. Dəftərimdə 7 yaşında çəkdiyim zaman maşınlarının rəsmləri hələ də qalıb".

1993-cü ildə onun ailəsi Çinə köçür. Elizabet burada qardaşı ilə birgə çin dilini öyrənir və kompüter proqramları sataraq ilk biznes təcrübəsi əldə edir. Holms uşaqlıqda ulu babası Kristian Holms kimi cərrah, mühəndis və ixtiraçı olmaq istəyirdi. Babası 1857-ci ildə Danimarkada dünyaya gəlib, o, Amerikada, Sinsinnati tibb kollecinin dekanı idi, onun adına xəstəxana açılıb. Ulu babasının nailiyyəti nəvəsini ruhlandırmışdı, qız həyatını tiblə bağlamağa qərar vermişdi. Lakin bir müddət sonra başa düşür ki, həkimlik ona görə deyil, çünki iynə görəndə qorxur. O, verdiyi müsahibəsində etiraf edib ki, bu amil onun damardan deyil, kiçik iynə yardımı ilə barmaqdan qan analizi almağa imkan verən "Theranos" şirkətini yaratmasının əsas səbəbi olub. Holms Stenforda qəbul olmaq üçün Palo-Altoya köçəndə valideynləri ona Mark Avrelinin "Düşüncələr" kitabını "Həyatın mənası olmalıdır" mesajı ilə göndərmişdi. Nəticədə o, kimya mühəndisliyi fakültəsinə qəbul olur.

Holms təhsilinin ilk illərində PhD dərəcəsi iddiasında olan tələbələrin məşğul olduğu laboratoriyaya giriş üçün dekan Çenninq Robertsondan icazə istəmişdi. Fakültənin rəhbəri əvvəlcə müqavimət göstərir, amma tələbə israr edir, laboratoriyanın qapısında oturub hər gün onun yolunu gözləyirdi. Çenninq Robertson qızın "İçəri keçmək olar" sualları qarşısında təslim olur.

Bundan sonra Sinqapurda Genoma İnstitutuna təcrübəyə yollanır. Burada o, Asiyada geniş yayılmış atipik pnevmoniyanı öyrənir. Qan analizlərinin necə alınması prosesini izlədikdən sonra bu qənaətə gəlir ki, bunu başqa cür, daha müasir üsullarla etmək olar.

ABŞ-a qayıtdıqdan sonra Holms işə başlayır. Anası Noel Holms o illəri belə xatırlayır: "Elizabet günlərlə yazı masasının arxasından qalxmırdı. Əməyinin nəticəsində o, qandakı dəyişikliləri izləməyə və xəstəlikləri müəyyən etməyə kömək edən yeni üsulun patentini alır. Holmes qan təhlili üçün inqilabi texnologiya təklif etmişdi. O, ixtirasını Robertsona göstərir. 19 yaşında isə Holms universiteti ataraq ailəsinin onun təhsili üçün ayırdığı pulları öz şirkətinə yatırır və əlavə səhmdarlar axtarışına çıxır. "Bilirdim ki, səhmdar cəlb etmək üçün ən az 200 adamla danışmalı olacam. Odur ki, yox cavabları məni məyus etmirdi" deyə Holms xatırlayır.

Elizabet ilk olaraq Robertsona onun müşaviri olmağı təklif edir. O, biotexnologiya sahəsində Holmsa bir neçə mövzuda artıq kömək etmişdi, lakin rəhbər ondan çox gənc idi, onda Holmsın 21 yaşı var idi. Holms 2005-ci ilədək təxminən 6 milyon dollar cəlb etmişdi, amma bu, kifayət deyildi. Bununal belə o, başa düşürdü ki, sıçrayış etmək üçün pul haqqında unutmaq lazımdır və "gələn ay maaşları necə ödəcəyəm" sualı işə mane olmamalıdır.

Klinik sınaqların aparılması üçün testlər lazım idi, bunun üçün Holms əczaçılıq şirkətləri ilə müqavilələr bağlayır, onun şirkəti "Glaxosmithkline", o cümlədən "Pfizer"in bölmələri kimi fəaliyyətə başlayır. Əməkdaşlıq statusu Holmsa imkan verir ki, layihəsinə daha ciddi investorlar cəlb etsin. 2010-cu ilin sonuna doğru o, 92 milyon dollar cəlb edə bilir. Bundan sonra testlər üzərində sakit işə başlayır.

Paralel olaraq "Theranos" direktorlar şurasına köhnə hərbi zabitlər və səlahiyyətlilər daxil olur: Dövlət Departamentinin keçmiş rəhbəri Henri Kissincer və eks müdafiə naziri.

Şirkətin ABŞ-ın hərbi-sənaye kompleksinə yaxınlığı müzakirə olunur, Holms bu insanlara peşəkarlığı ilə öz seçimini izah edir, hərçənd etiraf edir ki, vətəndaş səhiyyəsi xaricində texnologiyaları tətbiq edir.

Strategiya

Holms bütün vaxtını şirkətə həsr edir: Nadir hallarda əylənir, qardaşından başqa az insanla ünsiyyət qurur. Yeri gəlmişkən, qardaşı da bacısının yanında çalışır. O, görüşlərə getmir və son 10 ildə məzuniyyət götürmür.

Şirkət zamanla inkişaf edir və rəqiblərdən qorunmaq üçün kifayət qədər gizli şəkildə işləyirdi. Nou-xou bir insan barmağından əldə edilən qan üzərində 30 test keçirməyə imkan verirdi. Holms yeni texnologiyanı gizlin saxlayır. Robertson deyir ki, Holms işi sirli saxladığı üçün uzun müddət həyat yoldaşına nə işlə məşğul olduğunu deyə bilməyib. Və bu üsul ənənəvi laboratoriyalardan daha sürətli və daha ucuzdur.

Holms işi barədə ilk dəfə on ildən sonra 2013-cü ildə danışıb. İndi ABŞ bazarı iki nəhəng "Quest Diagnostics" və Amerika Laboratoriya Korporasiyası arasında bölünür. Lakin onlar "Theranos" testlərindən daha bahalıdır. Məsələn, konvensiyalı laboratoriyada xolesterin üçün test nəticəsi 17 dollar, "Theranos"da isə - 2,99 dollara başa gələcək. Analiz prosesi maksimum dərəcədə avtomatlaşdırılıb və bu da nəticələri çox dəqiq deməyə imkan verir. Cəld, informasiya tutumlu və ağrısızdır, belə görünür ki, biotexnologiya bazarında çevriliş yetişir.

Holmsun sözlərinə görə, insanların 40% -i qan analizi vermir, çünki iynədən qorxurlar və ya yüksək qiyməti ödəyə bilmirlər. Onun məqsədi "Theranos" mərkəzlərinin sayəsində bu problemin qarşısını almaqdır. Diaqnoz prosesi evin yaxınlığındakı aptekə gedib dərman almaq kimi ağrısız olmalıdır.

Holmsun böyük uğuru o olur ki, "Lotus" və "Microsoft"a çalışan 50 yaşlı məşhur proqramçı Sanki Balvanini şirkətə cəlb edə bilib. Holms başa düşürdü ki, qan analizi üçün ciddi soft yaratmaq lazımdır. 2009-ci ildə Balvani şirkətin prezidenti olur.

İndi şirkət Federal Komissiya tərəfindən lisenziyalı 200-dən çox sınaq təqdim edir. "Theranos" şirkəti "Walgreens"in ən böyük apteklər zənciri ilə müqavilə bağlayaraq Kaliforniya və Arizonadan başlayaraq minlərlə mərkəz quraraq yerində analiz verməyi təklif edir. Nəticələr həmin və ya növbəti gün ərzində proqramda görünə bilər. Holmus bilir ki, qan damcılarından küllü miqdarda tibbi faydası olan informasiya əldə etmək mümkündür . Qan bədənin müxtəlif xarakteristikalarından - yüksək xolesteroldan xərçəngə qədər olan bir çox xəstəlik haqqında məlumat verə bilər.

O, önləyici tibbin inkişaf etdirilməsi üçün platforma yaradır. Bu gün insanların həkim ziyarətini təxirə salmaq adəti var və biz bir qayda olaraq xəstəlik artıq ağırlaşdıqdan və müalicəsi mümkünsüz olduqdan sonra həkimə müraciət edirik.

Milyarder biznes-leydinin ixtirası təəccübləndirdi-FOTO


Perspektivlər

Holms həyatının böyük hissəsini şirkətin yaradılmasına həsr edib, lakin o, bildirir ki, layihə inkişafın erkən mərhələsindədir. Qarşıdakı 20 ildə yeni qan analizi xidməti kütləvi halda istifadə ediləcək. Holms hesab edir ki, insanın həyatda bir məqsəd olmalıdır, odur ki, o, başqa heç nəylə məşğul olmağa hazırlaşmır. Bu gün o, ABŞ-da 18 patent və ölkənin hüdudlarından kənarda isə 66 patentin sahibidir. "Theranos"da təxminən 1000 əməkdaş işləyir və şirkət daim genişlənir.

Son müddət ərzində "Theranos" həm də daşınar (portativ) diaqnostika qurğularının istehsalına da patent alıb. Onlardan biri insanın saç teli nazikliyində olan silikon mikroiynə vasitəsi ilə insanın sağlıq durumu ilə bağlı informasiyanı hesablayır.

Fırıldaqçı biznes ledi

Holms tez-tez tənqidlərlə üzləşir. "The Wall Street" jurnalı 16 oktyabr sayında Elizabetin Holmusun peşəkarları, müştərilərini və ictimaiyyəti aldatdığı, öz layihəsini qan təhlillərini almaq üçün istifadə etmədiyi və sadəcə fırıldaqçı olduğuna dair məqalə dərc edib. Bir çox professorlar da bildirir ki, sadəcə bir qan testi ilə xəstəliyi müəyyən etmək və yalnız bu məlumatlara əsaslanaraq müalicəni təyin etmək mümkün deyil. Hər halda deyilənlər 34 yaşlı Holmsun qarşısını almır, o, irəliləməyə və sərvətini artırmağa davam edir. Şirkət Meksikada "Carlos Slim Foundation" tibbi mərkəzlər şəbəkəsi ilə əməkdaşlıq edir. Onlar "Theranos"dan diabet və digər xəstəlikləri erkən müəyyənləşdirmək üçün istifadə edir.

1 dekabr 2018
GO BACK