Qadin.NET / Ceki Çandan ŞOK Etiraflar

Ceki Çandan ŞOK Etiraflar

 

Ceki Çandan ŞOK Etiraflar



 

Dünyanın ən məşhur aktyor və rejissorlarından biri, döyüş sənətləri ustası Ceki Çan belə yazıb.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, "Never Grow Up" ("Heç zaman böyümə"_ adlı avtobioqrafik kitab dekabrın 4-də satışa çıxacaq. Bu kitabda 64 yaşlı Ceki Çan həyatından bəhs edib.

Ceki 15 yaşında olanda ilk sevgisi, Çanq adlı qızla tanış olub.

"Çanqın valideynləri münasibətlərimizə qarşı olsa da, Çanq məni sevirdi. Mən isə çox pis sevgili idim. İstənilən işdən yapışırdım, Honkonqu tərk edirdim ki, Çanqı görməyim. Bəzən evə gələndə Çanqı görürdüm və dərhal çxııb gedirdim. Üsyan edən uşaq və ya tərkindəkini atmaq istəyən at kimi idim. Bəzən Çanqla gəzintiyə çıxanda mütləq kiminləsə dalaşırdım", - Çan yazıb.

Sonucda onlar ayrılıblar. Ceki illər sonra öyrənib ki, keçmiş sevgilisi Honkonqda paltar dükanı açıb. Çanqa kömək etmək istəyən Ceki Çan dostlarını bu dükana alış-verişə göndərirmiş. Çanq bundan xəbər tutanda dükanı qapadıb: o, Cekidən belə "yardım"ları qəbul etmək istəmirdi. Lakin illər sonra, Ceki Çan pulsuz qalanda Çanq ona 2500 dollar yollamışdı.

Ceki Çanın karyerası 1973-cü ildə, Brüs Linin "Əjdahanın çıxışı" filmində epizodik rolla başlayıb. Kaskadyor işi alan Çan yaxşı pul qazanırdı. Lakin o, bütün pullarını fahişələrə və qumara xərcləyirdi.

Çox kasıb ailədə doğulduğundan Ceki Çan məşhurlaşandan sonra israfçılıq edirdi.

"Əməlli-başlı qudurmuşdum. Pullarımı sağa-sola səpələyirdim. Kasıb vaxtlarımda məni ələ salan satıcıdan qisas almaq üçün butikə gedib özümə və dostlarıma onlarla köynək aldım, həmin satıcını da vadar etdim ki, köynəkləri tələsmədən büksün. Sonra komandamın bütün üzvlərinə bazalı qol saatları aldım. Bir il ərzində 2 milyon dolları qonaqlıqlara, ziyafətlərə sərf etdim. Hətta pələng balası da almışdım", - Çan etirnaf edib.

Çox sıx iş qrafikinə görə normal yazmağı, hesablamağı və oxumağı bilməyən Ceki Çanın indi elitar "American Express" bank kartında belə, imzası yoxdur.

Səbəb çox sadədir: Çan imza ata bilmir.

Tayvanda tanış olduğu Coan Linlə evlənən Çan xanımını "həyatının qadını" adlandırır. Lakin o, illər boyu xanımını tamahkarlıqda suçlayıb, "pullarıma görə mənə ərə gəlibsən" deyib.

Ceki Çan indi anlayır ki, nə qədər yanlış düşünürmüş.

"Coan həyatını mənə həsr etdi" deyən Çan buna rəğmən, 1999-cu ildə "Miss Asiya" titullu model Eley U Sili ilə arvadına xəyan etmişdi.

Eleyn bu "macəra"dan Etta U Çjolin adlı qızını dünyaya gətirib.

Bu ayın əvvəlində qadınla evlənmiş Etta ilə Ceki Çan heç vaxt əlaqə saxlamayıb, ünsiyyətdə olmayıb.

"Yaxşı ata və ər olmamışam. Lakin arvadım və oğlum qarşısında borcumu yerinə yetirmişiəm", - yazan Ceki Çan yoxsul ailədə doğulsa da, indi dünyada ən çox gəlir əldə edən 5 aytyordan biridir. 350 milyon dollarlıq varidata malik Çan kinematoqrafa töhfələrə görə 2016-cı ildə "Oskar" mükafatı da alıb.

30 noyabr 2018
GO BACK