Dünyaca məşhur müğənni Rihanna milyarder sevgilisi Həsən Cəmillə ayrılması barədə yayılan məlumatlara son qoyub.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, cütlüyün bir müddət əvvəl dava edərək münasibətlərinə son qoyduğu iddia edilsə də, hər şeyin şayiə olduğu məlum olub.
Rihanna və ərəb sevgilisi ötən gün məşhur restoranlardan birində görüntülənib. Onlar özəl otaqda əyləşərək mühafizəçilərin müşayiəti ilə axşam yeməyi yeyiblər. Cütlük 3 saat sonra məkandan ayrılarkən paparrassilərə tuş gəlib. Həsən və Rihanna bununla da ayrılmadıqlarını sübut ediblər.
Qeyd edək ki, 29 yaşlı Həsən dünyanın ən böyük şirkətlərindən olan "Toyota"nın varisidir. O, "Forbes" jurnalı tərəfindən ən çox qazananlar siyahısına daxil edilib və gəliri 1, 5 milyard dollardır.