Yeni Zelandiyanın Kenterberi şəhərində qəribə hadisə baş verib.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, sahildə yürüşə çıxan qadın sirli bir dəniz məxluqunun skeletini tapıb və gözlərinə inanmayıb. Sirli canlı okeanın sahilində, Kenterberi şəhərində tapılıb.
Dəniz canlısının iki ayağı, bir quyruğu, iti dişləri və başından çıxıntı yaradan qanadlı pəncələri var. Sosial şəbəkədə fotolar yayıldıqdan sonra böyük maraq yaranıb. Bəziləri bunu dəniz canlısına, bəziləri isə vatoz balığına bənzədib. Son sözü isə mütəxəssislər deyəcək. Hazırda alimlər skeleti incələyirlər.