Acun İlıcalı və Şeyma Subaşı boşandıqdan sonra prodüserin keçmiş həyat yoldaşı Zeynəb Yılmaz səssizliyini pozub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, yaxın dostlarına "Ailə dağıdanın ailəsi olmaz" deyib.
Zeynəb Yılmaz dünən axşam İngiltərədə yaşayan türk dizayner Zeynəb Qartalın təşkil etdiyi tədbirdə podiuma çıxıb. Acunla Şeymanın boşanmasından sonra Zeynəb ilk dəfə kamera qarşısına keçib. Podiumda onun xoşbəxt göründüyü diqqətdən qaçmayıb.