Qadin.NET / Məhkəmədən Demetə pis xəbər

Məhkəmədən Demetə pis xəbər

Məhkəmədən Demetə pis xəbər


Keçmiş model Demet Şener keçmiş əri və basketbolçu İbrahim Kutluayla ailə həyatını dağıtmaqda günahlandırdığı Edvina Sponzanı məhkəməyə verib 500 min lirə təzminat istəyib. 

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu gün baş tutan məhkəmədə Şenerin vəkili Nezihe Hıdıroğlu və Edvinanın vəkili iştirak ediblər. Vəkil Demetin həqiqətən belə bir hal yaşadığını sübut etməyə çalışıb. 


Sponzanın əl yazılarını, alt paltarlarını sürücü ilə Şenerə göndərdiyi bildirilib. Hətta onun telefonla "Bunları ərin mənə alıb" dediyi bildirilib. 

Sübutlara baxmayaraq, məhkəmə iddianı rədd edib.

 

29 noyabr 2018
GO BACK